AZ

Səhiyyə Nazirliyi özəl klinikanı ifşa etdi - Sertifikatı yox imiş

BAKI, 17 dekabr. TELEQRAF

Səhiyyə Nazirliyi “Atlas Medical Center”də plandankənar yoxlama keçirib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı sözügedən özəl klinikada sertifikatsız pediatriya işi üzrə özəl praktik tibb fəaliyyətinin faktı aşkarlanıb.

Nazirlik tərəfindən buna görə klinika barədə protokol tərtib olunub. Nəticədə “Atlas Medical Center” 6 min manat məbləğində cərimələnib.

Qeyd edək ki, “Atlas Medical Center”in hazırda dövlətə 179 min 344.37 manat vergi borcu da var. Nizamnamə kapitalı 20 manat olan klinikanın qanuni təmsilçisi Əliyeva Əsli Əkbər qızıdır.

Seçilən
67
1
teleqraf.com

3Mənbələr