Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Əməkdar artist Tahir İmanov telekanallarda bəzi sözlərə görə cərimə tətbiq edilməsi ilə bağlı video yayımlayıb.
Axşam.az xəbər verir ki, aktyor bu qanuna ironik yanaşıb.
"Televiziyada yeni cərimələr tətbiq olunub. "Okey" sözünü deyən 500, "vau" sözünə görə 500, "karoçi" sözünə görə də 500 manat cərimələnəcəksiniz. Mən "uje" 1500 manat cərimə etdim. Üzr istəyirəm, "uje" dedim, 2000 min manatlıq cərimə. Amma televiziyada ağzınıza gələni danışsanız, bayağı musiqi təbliğ etsəniz heç bir cərimə olmayacaq" deyə, İmanov paylaşımında deyib.
Qeyd edək ki, Audiovizual Şuranın sədri İsmət Səttarov açıqlamasında televiziyada Azərbaycan dilinə xas olmayan sözlərdən istifadə edənlərə 500 manatdan 1000 manata qədər cərimə tətbiq ediləcəyini deyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.