AZ

Flik Kubarsini təriflədi – ARENA.AZ

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Kataloniya klubunun 18 yaşlı ispaniyalı mərkəz müdafiəçisi Pau Kubarsini tərifləyib.

Arena.az almaniyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Hesab edirəm ki, Kubarsi inanılmaz bir səviyyədə qərar tutub. Bu, onun bizimlə üçüncü mövsümüdür. Pau hazırda inanılmazcasına yaxşıdır”, deyə Hansi Flik məmnunluqla vurğulayıb.

Xatırladaq ki, Pau Kubarsi futbola “Jirona”da qədəm qoyub. İspan müdafiəçi buradan 2018-ci ildə “Barselona”nın akademiyasına yol tapıb və böyük futbolda debüt edib. Kubarsinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kubarsi cari mövsümdə “blauqrana”nın heyətində 19 oyuna çıxıb. Gənc müdafiəçinin “Barselona” karyerası ümumilikdə 99 oyun, 1 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Pau Kubarsi 2024-cü ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyun keçirib, 1 məhsudlar ötürmə verib.

Kubarsinin qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Super Kuboku (2024/2025), İspaniya çempionluğu (2024/2025), İspaniyanın U-17 yığması ilə qazandığı 2023-cü il Alqarve beynəlxalq turnirinin kuboku, 2024-cü il Olimpiya futbol turnirinin qızıl medalı var.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispan mərkəz müdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
34
9
arena.az

10Mənbələr