BAKI, 17 dekabr. TELEQRAF
“Heç vaxt qoymayın kimsə sizə söyləsin ki, PUA-lar döyüş təyyarələrindən daha yaxşıdır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp 12 günlük müharibə zamanı İrandan İsrail istiqamətində buraxılan PUA-ların vurulmasından danışarkən deyib.
“PUA yaxşı şeydir, amma F-22-lər onların ətrafında dövrə vurub havada hamısını hədəfə alanda, ortada heç nə qalmır. Qoymayın kimsə sizi inandırsın ki, PUA F-22 və ya F-35-dən daha üstündür. PUA yaxşıdır, amma bizim elə döyüş təyyarələrimiz var idi ki, onlara cəhənnəmi yaşatdılar”, - o bildirib.
ABŞ Prezidenti həmçinin İranın nüvə obyektlərinə hücuma da toxunub: “Əgər həmin zərbələr endirilməsəydi, düşünürəm ki, bir ay ərzində vəziyyət tamamilə fərqli olardı”.