ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Heç vaxt qoymayın kimsə sizə söyləsin ki, PUA-lar döyüş təyyarələrindən daha yaxşıdır”.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp 12 günlük müharibə zamanı İrandan İsrail istiqamətində buraxılan PUA-ların vurulmasından danışarkən deyib.
“PUA yaxşı şeydir, amma F-22-lər onların ətrafında dövrə vurub havada hamısını hədəfə alanda, ortada heç nə qalmır. Qoymayın kimsə sizi inandırsın ki, PUA F-22 və ya F-35-dən daha üstündür. PUA yaxşıdır, amma bizim elə döyüş təyyarələrimiz var idi ki, onlara cəhənnəmi yaşatdılar”, – o bildirib.
ABŞ Prezidenti həmçinin İranın nüvə obyektlərinə hücuma da toxunub: “Əgər həmin zərbələr endirilməsəydi, düşünürəm ki, bir ay ərzində vəziyyət tamamilə fərqli olardı”.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.