Qazaxıstanda təyyarənin salonunda tüstü yaranıb, pilotlar fəlakət siqnalı verib.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb. Almatı-Astana reysi ilə uçan təyyarə təcili eniş etdi, xəsarət alan yoxdur
“Air Astana” aviaşirkətinə məxsus Almatı-Astana marşrutu üzrə hərəkət edən təyyarə yerli vaxtla saat 07:38-də salonda yaranan tüstülənmə səbəbindən fəlakət siqnalı verib.
Təyyarə saat 07:40-da Almatı hava limanına uğurlu eniş edib. Hazırda hadisənin səbəbləri araşdırılır.
İlkin məlumata görə, sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb.
Xuraman Etibarlı
İnterpress.az