AZ

Sərnişin təyyarəsi fəlakət siqnalı VERDİ – Qazaxıstanda İNSİDENT

Qazaxıstanda təyyarənin salonunda tüstü yaranıb, pilotlar fəlakət siqnalı verib.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb. Almatı-Astana reysi ilə uçan təyyarə təcili eniş etdi, xəsarət alan yoxdur

“Air Astana” aviaşirkətinə məxsus Almatı-Astana marşrutu üzrə hərəkət edən təyyarə yerli vaxtla saat 07:38-də salonda yaranan tüstülənmə səbəbindən fəlakət siqnalı verib.

Təyyarə saat 07:40-da Almatı hava limanına uğurlu eniş edib. Hazırda hadisənin səbəbləri araşdırılır.

İlkin məlumata görə, sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
111
interpress.az

1Mənbələr