1-ci Liqanın 11-ci turunda lider "Şəfa" Şamaxıda "Cəbrayıl"ın qonağı olacaq. Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli bu qarşılaşmada 4 əsas heyət üzvünün xidmətindən yararlana bilməyəcək.
Klubdan Fanat.Az-a verilən məlumata görə, qapıçı Əlirza Müştəbazadə ilə yanaşı, Aqil Nəsibov, Urfan İsmayılov və Pərviz Azadov da zədə səbəbindən bölgə komandasına qarşı oynamayacaqlar.
Qeyd edək ki, "Cəbrayıl" - "Şəfa" görüşü dekabrın 19-da baş tutacaq. Matçın start fiti 14:30-da səsləndiriləcək.
Nihat