AZ

"Şəfa"nın 4 əsas futbolçusu "Cəbrayıl"a qarşı oynaya bilməyəcək

1-ci Liqanın 11-ci turunda lider "Şəfa" Şamaxıda "Cəbrayıl"ın qonağı olacaq. Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli bu qarşılaşmada 4 əsas heyət üzvünün xidmətindən yararlana bilməyəcək.

Klubdan Fanat.Az-a verilən məlumata görə, qapıçı Əlirza Müştəbazadə ilə yanaşı, Aqil Nəsibov, Urfan İsmayılov və Pərviz Azadov da zədə səbəbindən bölgə komandasına qarşı oynamayacaqlar.

Qeyd edək ki, "Cəbrayıl" - "Şəfa" görüşü dekabrın 19-da baş tutacaq. Matçın start fiti 14:30-da səsləndiriləcək.

Nihat

Seçilən
100
2
fanat.az

3Mənbələr