Gürcüstan Daxili İşlər Nazirliyi “oğru dünyası” ilə əlaqədə şübhəli bilinən 49 nəfəri saxlayıb, beşi “qanuni oğru” olmaqla 14 nəfər isə qiyabi olaraq məsuliyyətə cəlb edilib.
QHT.az xəbər verir ki, Nazir müavini Aleksandr Daraxvelidzenin sözlərinə görə, onlar oğru dünyasına üzvlük, iclaslarda iştirak və bu şəbəkənin fəaliyyətinə dəstəkdə ittiham olunurlar. Gizli istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin xaricdəki “qanuni oğrular”la əlaqədə olduqları, onların tapşırıqlarını yerinə yetirdikləri müəyyən edilib.
Axtarışlar zamanı kompüter avadanlıqları, mobil telefonlar və odlu silahlar müsadirə olunub, istintaq Cinayət Məcəlləsinin 15 ilə qədər həbs nəzərdə tutan maddələri ilə aparılır.
R.İmanov