AZ

ABŞ-də ağlasığmaz HADİSƏ: Kişi səkkizaylıq oğlunu yola atıb və üzərindən avtomobillə keçib

ABŞ-də bir kişi 8 aylıq oğlunun ölümü ilə nəticələnən hadisəyə görə 30 il azadlıqdan məhrum edilib.

Bu barədə "People" nəşri məlumat yayıb.

Məlumata görə, 25 yanvar 2025-ci il səhəri Florida ştatında yaşayan 21 yaşlı Castin Qolden uşağın anası və 8 aylıq oğlu Pablo ilə birlikdə avtomobillə hərəkətdə olub. Yolda valideynlər arasında uşaq salfetləri və pul məsələsi ilə bağlı mübahisə yaranıb.

İstintaq materiallarına əsasən, mübahisə zamanı Qolden avtomobili saxlayaraq, körpəni maşından çıxarıb. Hadisə nəticəsində uşaq ağır xəsarətlər alıb.

Təcili tibbi yardım əməkdaşları körpəni xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Şübhəli şəxs hadisə yerindən qaçmağa cəhd etsə də, qısa müddət sonra saxlanılıb.

Məhkəmədə Castin Qolden günahını etiraf edib və törətdiyi əmələ görə peşman olduğunu bildirib. Məhkəmənin hökmü ilə o, 30 il həbs cəzasına məhkum edilib.
 
 

Seçilən
18
50
7news.az

10Mənbələr