AZ

Həyat yoldaşımda “Kleyne-Levin” sindromu olub - VİDEO

Yazını böyüt
Yazını kiçilt

Müğənni İradə İbrahimova həyat yoldaşı, türkiyəli iş adamı Ceyhun İzerin illər əvvəl xəstəlik keçirdiyini açıqlayıb. 

Hafta.az xəbər verir ki, sənətçi bu barədə ARB TV-də yayımlanan “Söhbət var” verilişində danışıb. 

İ.İbrahimova bildirib ki, evlənədə həyat yoldaşında “Kleyne-Levin” sindromu olub.

“Bu xəstəliyə məndən öncə yoluxmuşdu. Dünyada toplam 10 min insanda var. 3-4 gün yatırsan, amma ayılmırsan. Bu xəstəliyin dərmanı yoxdur. Bir yaşdan sonra bədəndən çıxıb gedir. 

Deməli, Ceyhunla 2000-ci ildə tanış olduq, 2003-cü ildə isə sevgili olaraq danışırdıq. Məni istəmək üçün gəliblər, ailəmlə görüşəcəklər, amma bu, hoteldə yatır. İkimizin də 25 yaşı var idi. Mən də başa düşə bilmirəm və düşündüm ki, yəqin evlənmək istəmir, ona görə də hoteldə yatır. O qədər yatdı ki, 29 yaşında ailə qurduq...

Həkimlər bu diaqnozu qoyanda dedilər ki, artıq bir ili qalıb və xəstəlik bitib gedəcək. Ondan əvvəl biz nə qədər psixoloqa getdik. Hər il bizim belə bir problemimiz var idi. Hiss edirdi ki, sindrom gəldi, əlləri uyuşurdu, yuxulayırdı. Mən nələr çəkmişəm... Əslində bütün bunlar məni İradə edən şeylər idi. Xəstəlikdə, sağlıqda demişdik bir-birimizə. Ölənə qədər belə olacaq”, - sənətçi vurğulayıb.

Xatırladaq ki, cütlük 2009-cu ildə həyatı qurub, onların iki övladı var.

Qeyd edək ki, “Kleyne-Levin” və ya “Yatmış gözəl” sindromu nadir rast gəlinən və əsasən yeniyetmələrdə müşahidə olunan nevroloji xəstəlikdir. Bu sindrom pasiyentlərin uzunmüddətli yuxu epizodları yaşaması ilə xarakterizə olunur. Adını “Yatmış gözəl” nağılından alır, çünki sindromun təzahürləri nağıldakı uzun yuxu vəziyyətinə bənzəyir.





 
Seçilən
14
3
hafta.az

4Mənbələr