AZ

“Ailəsi məni istəməyə gəlmişdi, özü hoteldə yatırdı”

Müğənni İradə İbrahimova həyat yoldaşı, türkiyəli iş adamı Ceyhun İzerin illər əvvəl xəstəlik keçirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, sənətçi bu barədə ARB TV-də yayımlanan “Söhbət var” verilişində danışıb.

İ.İbrahimova bildirib ki, evlənədə həyat yoldaşında “Kleyne-Levin” sindromu olub.

“Bu xəstəliyə məndən öncə yoluxmuşdu. Dünyada toplam 10 min insanda var. 3-4 gün yatırsan, amma ayılmırsan. Bu xəstəliyin dərmanı yoxdur. Bir yaşdan sonra bədəndən çıxıb gedir.

Deməli, Ceyhunla 2000-ci ildə tanış olduq, 2003-cü ildə isə sevgili olaraq danışırdıq. Məni istəmək üçün gəliblər, ailəmlə görüşəcəklər, amma bu, hoteldə yatır. İkimizin də 25 yaşı var idi. Mən də başa düşə bilmirəm və düşündüm ki, yəqin evlənmək istəmir, ona görə də hoteldə yatır. O qədər yatdı ki, 29 yaşında ailə qurduq...

Seçilən
63
3
publika.az

4Mənbələr