AZ

"Uşaqların "playstation" oynadığı yerdə siqaret çəkilir" - Deputat

"Əsas şikayət ondan ibarətdir ki, biz qəbul etdiyimiz qanunların icrasına nəzarət edə bilmirik. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul olunub, amma ölkənin bütün iaşə obyektlərində siqaret çəkilir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Elşad Musayev deyib.

Deputat bildirib ki, uşaqların "playstation" oynadığı yerdə siqaret çəkilir: "Biz də sakit dururuq, sonra deyirik ki, bunu necə icra edək? Bu qanunun icrasına kim nəzarət etməlidir? Günahı ilk növbədə özümüzdə axtaraq. Sakit duranda problem həll olunmur, bir-birinin üzərinə yığılır. Bizim gələcək nəslimiz çox böyük təhlükə altındadır. Səhərdən axşama qədər siqaretin içərisindədir, oturmağa, durmağa yer yoxdur".

Anar Kəlbiyev

 

Seçilən
132
2
unikal.az

4Mənbələr