AZ

Deputat: Biz də sakit dururuq, sonra deyirik ki, bunu necə icra edək?

BAKI, 16 dekabr. TELEQRAF

Əsas şikayət ondan ibarətdir ki, biz qəbul etdiyimiz qanunların icrasına nəzarət edə bilmirik. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul olunub, amma ölkənin bütün iaşə obyektlərində siqaret çəkilir.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Elşad Musayev deyib.

O qeyd edib ki, uşaqların "playstation" oynadığı yerdə siqaret çəkilir: "Biz də sakit dururuq, sonra deyirik ki, bunu necə icra edək? Bu qanunun icrasına kim nəzarət etməlidir? Günahı ilk növbədə özümüzdə axtaraq. Sakit duranda problem həll olunmur".

Seçilən
54
2
teleqraf.com

4Mənbələr