AZ

Dövlət büdcəsindən 293 milyon manata yaxın vəsait geri qaytarılıb

Bakı. Trend:

Bu ilin yanvar–noyabr aylarında dövlət büdcəsindən fiziki vəhüquqi şəxslərə ümumilikdə 292 milyon 704,3 min manat məbləğindəvəsait geri qaytarılıb.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Belə ki, geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkəərazisində istehsal və kommersiya məqsədi daşımayan mallarınalınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşəsahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbixidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxanaxidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olanşəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayışsahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digərvergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları davətəndaşlara geri qaytarılıb.

Seçilən
13
49
az.trend.az

10Mənbələr