AZ

Dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 293 milyon manat vəsait geri qaytarıldı

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cari ilin yanvar–noyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 292 milyon 704,3 min manat məbləğində vəsait geri qaytarılıb.Maliyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
49
bizim.media

10Mənbələr