AĞDAM, 15 dekabr. TELEQRAF
Ağdamda minaya düşərək həlak olan Gizir Xanı-ya şəhidlik statusu verilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 23 sentyabr tarixindərayonun Mirəşelli kənd ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədov mülki şəhid statusu verilib.
Bu barədə məlumatı S.Əhmədovun yaxınları təsdiqləyib.
Qeyd edək ki, S.Əhmədov uzun müddət Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət edib. 44 günlük Vətən müharibəsində də könüllü olaraq xidmət edib.