AZ

“Gizir Xanı”ya şəhidlik statusu verildi

Ağdamda minaya düşərək həlak olan Səyyaf Əhmədov (“Gizir Xanı”) şəhidlik statusu alıb.

Editor.az  “Teleqraf”a istinadən xəbər verir ki, sentyabrın 23-də rayonun Mirəşelli kənd ərazisində minaya düşərək həlak olan Səyyaf Əhmədova mülki şəhid statusu verilib.

Bu barədə məlumatı S.Əhmədovun yaxınları təsdiqləyiblər.

Qeyd edək ki, S.Əhmədov uzun müddət Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib. 44 günlük Vətən müharibəsinə də könüllü qatılıb.

Seçilən
73
32
editor.az

10Mənbələr