AZ

Emin Əmrullayev: Məktəbli çantalarının ağır olması təkcə nazirliyin günahı deyil

BAKI, 15 dekabr. TELEQRAF

“Çantaların ağırlığı problemi danılmazdır. İş dəftərləri də dərsliyin bir hissəsi sayılır. Ancaq bəzən müəllimlər Elm və Təhsil Nazirliyinin tövsiyə etmədiyi vəsaitlərin məktəbə gətirilməsini tələb edirlər”.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, bu, təkcə nazirliyin günahı deyil:

“Bu, ümumi ictimai problemdir və burada valideynin, sinif müəllimin rolu var”.

Seçilən
95
18
teleqraf.com

10Mənbələr