AZ

Şərurlu İsfəndiyarın geyiminin qiyməti şok etdi

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun geyimi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksəriyyət iş adamının müsahibələrində eyni köynəyi geyinməsinə diqqət çəkib.

Bakupost.az xəbər verir ki, İsfəndiyar Axundov Globalinfo.az-a açıqlamasında müsahibələrində geyindiyi köynəyin eyni olmadığını bildirib:

“Marka olaraq eynidir, amma rənglər fərqlidir. Biri qara idi, bu isə sarı-qızılı rəngdir.

Onları ötən il mənim üçün İtaliyadan gətiriblər, Azərbaycanda yoxdur. Açığı, heç qiymətini də xatırlamıram”.

Qeyd edək ki, sözügedən geyimin “Gucci” markasına aid olduğu və qiymətinin 1350 dollar təşkil etdiyi deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
4
www.bakupost.az

5Mənbələr