“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun geyimi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksəriyyət iş adamının müsahibələrində eyni köynəyi geyinməsinə diqqət çəkib.
NOCOMMENT.az xəbər verir ki, İsfəndiyar Axundov bununla bağlı Globalinfo.az-a danışıb.
O, müsahibələrində geyindiyi köynəyin eyni olmadığını bildirib:
“Marka olaraq eynidir, amma rənglər fərqlidir. Biri qara idi, bu isə sarı-qızılı rəngdir.
Onları ötən il mənim üçün İtaliyadan gətiriblər, Azərbaycanda yoxdur. Açığı, heç qiymətini də xatırlamıram”.
Qeyd edək ki, sözügedən geyimin “Gucci” markasına (1350 dollar) aid olduğu bildirilir.