AZ

Baş direktor: İşlədiyimiz yerdən asılı olmayaraq yeni trendləri, çağırışları qəbul etməliyik

Bakı, 15 dekabr, AZƏRTAC

"LevelUp" Karyera Forumundan öyrənəcəyiniz bilik, bacarıqlar şəxsi və karyera quruculuğunuza müəyyən töhfə verə bilər. İndi zaman bacarıqlar dövrüdür. Əlbəttə ki, təhsil önəmlidir, ancaq tək təhsillə əmək bazarında rəqabət apara bilmərik. Bu baxımdan işlədiyimiz yerdən asılı olmayaraq, daim öz üzərimizdə işləməli, yeni trendləri, çağırışları qəbul etməliyik.

AZƏRTAC xəbər verir ki, bunu Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev Bakı Konqres Mərkəzində keçirilən “LevelUp” Karyera Forumunda çıxış edərkən deyib.

O, dövrün sürətlə rəqəmsallaşdığını və zaman anlayışının sürətlə itdiyini vurğulayıb. " Biz düşünə bilmirik ki növbəti bir ildən sonra karyeramız harada olacaq", - deyə baş direktor qeyd edib.

Seçilən
97
1
azertag.az

2Mənbələr