AZ

Yaşıl maliyyə infrastrukturunun formalaşdırılması suveren yaşıl istiqrazların emissiyası üçün zəmin yaradacaq – Nazir müavini

Bakı. Trend:

Dekabrın 15-də Maliyyə Nazirliyində suveren yaşıl istiqrazlarınemissiyası üzrə çərçivənin hazırlanmasını təmin etmək məqsədiləyaradılmış İşçi Qrupun ilk iclası keçirilib.

Trend bubarədə nazirliyə istinadən xəbər verir.

Maliyyə Nazirliyi və nazirliyin müvafiq strukturlarının rəhbərvə məsul şəxslərinin iştirakı ilə keçirilən iclasda İşçi Qrupunrəhbəri, maliyyə nazirinin birinci müavini Anar Kərimov ölkəmizdəekoloji davamlılığın gücləndirilməsi, iqlim dəyişikliklərinintəsirlərinin azaldılması və yaşıl maliyyələşdirmə alətlərinintətbiqinin genişləndirilməsi istiqamətində həyata keçiriləntədbirlər barədə danışıb. A.Kərimov vurğulayıb ki, ölkəmizdə yaşılmaliyyə infrastrukturunun formalaşdırılması gələcəkdə suveren yaşılistiqrazların emissiyası üçün zəmin yaradacaq.

İclasda yaşıl istiqrazların emissiya çərçivəsi üzrə beynəlxalqtəcrübələr diqqət mərkəzində olub və bu təşəbbüsün Azərbaycanda datətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, Asiya İnkişaf Bankınıncəlb etdiyi ekspertlər tərəfindən suveren yaşıl istiqrazlarınemissiyası üzrə görüləcək işlərin mərhələləri və əsas fəaliyyətistiqamətləri nəzərdən keçirilib.

İşçi Qrupuna Azərbaycan Respublikasının suveren yaşılistiqrazlarının emissiyası üzrə çərçivə sənədinin layihəsininhazırlanması və yaşıl istiqrazlar vasitəsilə maliyyələşdiriləcəkekoloji layihələrin seçilməsi meyarlarının müəyyənləşdirilməsi iləbağlı müvafiq tapşırıqlar verilib.

Seçilən
41
16
az.trend.az

10Mənbələr