AZ

Azərbaycan «Yaşıl istiqraz» buraxacaq – HAZIRLIQ BAŞLADI 

Azərbaycan hökuməti «Yaşıl istiqraz» buraxmağa hazırlaşır. 

FED.az xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyində suveren "yaşıl istiqraz"ların emissiyası üzrə çərçivənin hazırlanması məqsədilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.

İclasda İşçi Qrupun rəhbəri, maliyyə nazirinin I müavini Anar Kərimov iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və "yaşıl maliyyələşdirmə" alətlərinin genişlənməsi üçün görülən işlərdən danışıb. A.Kərimov vurğulayıb ki, Azərbaycanda "yaşıl istiqraz"ların buraxılması üçün "yaşıl maliyyə" infrastrukturu yaradılmalıdır. 
İclasda "yaşıl istiqraz"ların buraxılışı ilə bağlı beynəlxalq təcrübələr müzakirə edilib. O cümlədən Asiya İnkişaf Bankının cəlb etdiyi ekspertlər suveren "yaşıl istiqraz"ların emissiyası üzrə görüləcək işlərin mərhələlərini və əsas fəaliyyət istiqamətlərini nəzərdən keçirib.

İşçi Qrupa suveren "yaşıl istiqraz"ların emissiyası üzrə çərçivə sənədinin layihəsinin hazırlanması və "yaşıl istiqraz"lar vasitəsilə maliyyələşdiriləcək ekoloji layihələrin seçilməsi meyarlarının müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Seçilən
18
6
fed.az

10Mənbələr