AZ

Məhkəmə “Azərişıq” ASC-nin yazdığı borcların yarıdan çoxunu sildi

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) elektrik üzrə yaranmış borcun ödənilməsi tələbi barədə Ağcabədi Rayon Məhkəməsində bir qrup vətəndaşla məhkəmə çəkişməsi davam edir

KONKRET.az Yurd.Media-ya istinadən xəbər verir ki, bir vətəndaşa “Azərişıq” tərəfindən 943, manat cərimə yazılıb. Abunəçi isə məhkəməyə müraciət edib və elektrik enerjisi zamanı qayda pozuntusuna yol vermədiyini qeyd edib və cərimənin silinməsini xahiş edib. Məhkəmə borcdan 554 manat silinməsi barədə qətnamə çıxarıb.

Digər bir iddia ərizəsinə əsasən isə “Azərişıq” vətəndaşın elektrik sərfiyyatına 512 manat borc yarandığını bildirib. Bu məsələdə də abunəçi məhkəməyə müraciət edib və bu borla razı olmadığını bildirib. Məhkəmə iddianı qismən təmin edib və vətəndaşa yazılmış cərimə 172 manata endirilib.

Başqa bir iş üzrə “Azərişıq” abunəçidən 1210 manat borc və 32 manat dövlət rüsumunun tutulması tələbini irəli sürüb. Bu iddia isə təmin edilib və vətəndaşın üzərinə borcun ödənilməsi öhdəliyi qoyulub.

Seçilən
132
1
konkret.az

2Mənbələr