Bakı. Trend:
Xəbər verdiyimiz kimi, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsitəşəbbüsünü irəli sürüb.
Trend xəbərverir ki, təşəbbüsdə amnistiya aktının kimlərə şamil ediləcəyiməlum olub.
Belə ki, amnistiya aktının layihəsinə əsasən, AzərbaycanRespublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasıuğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətənmüharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmişantiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də buəməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərinyaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşıhərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habeləqadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkənyetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və yacinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükətörətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayəttörətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşbir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmişhissəsi azaldılacaq.