AZ

Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub.

Far.Az report-a istinadən xəbər verir ki, bu cəzaçəkmə müəssisəsindən 20 nəfər azadlığa buraxılacaq.

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı Bakı İstintaq Təcridxanasında icra olunub.

Far.Az report-a istinadən xəbər verir ki, bu gün cəzaçəkmə müəssisəsindən 12 nəfər azadlığa buraxılacaq.

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan penitensiar müəssisədə icra olunub.

Far.Az report-a istinadən xəbər verir ki, cəzaçəkmə müəssisəsindən bu gün 3 nəfər azadlığa buraxılacaq.

Qeyd edək ki, amnistiya aktının elan edilməsi təşəbbüsü ilə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüs əsasında Milli Məclis Amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib.

Amnistiya aktına əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Sənədə görə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

Qərara görə, 5 mindən daha çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən daha çox şəxsin cəzasının azaldılacağı, 7 mindən daha çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Amnistiya aktının Ədliyyə Nazirliyində icrası həyata keçirilir.

Bu barədə Far.Az-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 19 dekabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının icrası davam etdirilir.

Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində Amnistiya aktının icrası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın, Milli Məclisin deputatı Zahid Orucun, Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Ədliyyə Nazirliyinin, Nazirlik yanında İctimai Şuranın, habelə media nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində amnistiyaya düşən 300-ə yaxın məhkuma sənədləri təqdim olunur və azadlığa buraxılması həyata keçirilir.

Amnistiya aktının probasiya nəzarətində olan - azadlığın məhdudlaşdırılması cəzası, ictimai və islah işləri, cərimə cəzası və şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzanın çəkilməsi təxirə salınmış şəxslərə münasibətdə də icrasına başlanılıb. Ədliyyə Nazirliyinin Probasiya xidmətində aidiyyəti dövlət qurumlarının, nazirlik yanında İctimai şuranın və media nümayəndələrinin iştirakı ilə probasiya nəzarətində olan şəxslər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalardan azad olunurlar.

Qərarın sevincini yaşayan məhkumlar və ailə üzvləri dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər, bundan sonra qanunlara dönmədən əməl edəcəklərinə, cəmiyyətin inkişafına töhfə verəcəklərinə söz veriblər.

Hazırda Ədliyyə Nazirliyinin aidiyyəti struktur qurumları tam səfərbər olunmaqla, qanunvericiliyin tələblərinə uyğun və çevik şəkildə Amnistiya aktının icrasını təmin edirlər.

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin qadınlar üçün nəzərdə tutulan 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Far.Az report-a istinadən xəbər verir ki, cəzaçəkmə müəssisəsində 22 qadın məhkum bu gün azadlığa buraxılır.

Mərasimdə Ombudsman Səbinə Əliyeva və Milli Məclisin deputatı Zahid Oruc da iştirak edib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktının icrasına başlanılıb.

Far.Az report-a istinadən xəbər verir ki, Amnistiya aktının icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində həyata keçirilir.

Qeyd edək ki, amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis Amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib.

Amnistiya aktına əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Sənədə görə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Aministiya aktının icrası 4 ay çəkəcək.

Seçilən
38
49
far.az

10Mənbələr