AZ

Azərbaycan Universitetində tələbə 4-cü mərtəbədən yıxılıb- TƏBİB-dən açıqlama/ Yenilənib

 Azərbaycan Universitetindən 18 yaşlı şəxsin yıxılması səbəbilə   Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kiş) yerində ilkin tibbi xidmət göstərilib və döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan pasiyentə zəruri tibbi xidmət göstərilib və ambulor müalicə üçün evə buraxılıb.

***

Azərbaycan Universitetində tələbə qızın 4-cü mərtəbədən yıxılması ilə bağlı mətbuatda məlumat yayılıb

İlkin ehtimallara görə, hadisəyə binada döşəmənin çökməsi səbəb olub.

Məsələ ilə bağlı Azərbaycan Universiteti ilə əlaqə saxladıq. Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən Elxan adlı əməkdaş bildirib ki, hazırda hadisə ilə bağlı hər hansı açıqlama verə bilməz.

Aytac Zeynalova

Seçilən
39
1
anews.az

2Mənbələr