AZ

Azərbaycan Universitetində tələbə 4-cü mərtəbədən yıxılıb- TƏBİB-dən açıqlama/ Yenilənib

 Azərbaycan Universitetində 18 yaşlı şəxs yıxılaraq  döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.  Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan pasiyentə zəruri tibbi xidmət göstərilib və ambulor müalicə üçün evə buraxılıb.

***

Azərbaycan Universitetində tələbə 4-cü mərtəbədən yıxılması ilə bağlı mətbuatda məlumat yayılıb

İlkin ehtimallara görə, hadisəyə binada döşəmənin çökməsi səbəb olub.

Məsələ ilə bağlı Azərbaycan Universiteti ilə əlaqə saxladıq. Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən Elxan adlı əməkdaş bildirib ki, hazırda hadisə ilə bağlı hər hansı açıqlama verə bilməz.

Aytac Zeynalova

Seçilən
36
1
anews.az

2Mənbələr