AZ

Əsəd oftalmologiya üzrə təhsil alır - KİV

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Rublyovkada yaşayır və oftalmologiya üzrə təhsil alır.

"Unikal" xəbər verir ki, bu  barədə "The Guardian" qəzeti mənbələrə istinadən yazır. 

Nəşrin məlumatına görə, Əsədin qızı artıq MGIMO-da  (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, - red.) təhsilini başa vurub. Suriyanın keçmiş prezidenti özü rus dilini öyrənir və oftalmologiya təhsilinə qayıdır.

"Bu, Əsəd üçün maraqlıdır, onun pula ehtiyacı yoxdur. Suriyadakı müharibədən əvvəl belə, o, müntəzəm olaraq Dəməşqdə oftalmologiya klinikası işlədib". 

Nəşrin mənbələrindən biri qeyd edib ki, Əsədin ailəsi Suriya və Rusiya dairələrindən təcrid olunub. 

Gülayə Mecid 

Seçilən
117
34
unikal.az

10Mənbələr