AZ

"Avropa Putinlə danışıqlara hazır olmalıdır" - Makron

"ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsiz qalarsa, Avropa liderləri və Ukrayna Rusiya prezidenti Vladimir Putinlə birbaşa əlaqə qurmağa hazır olmalıdırlar". 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron  Aİ sammitindən sonra jurnalistlərə  açıqlamasında deyib. 

O əlavə edib ki, Rusiya ilə "düzgün danışıqlar üçün düzgün çərçivə tapmaq" vacibdir.

Vaşinqtonun Ukrayna böhranını həll etmək səylərini şərh edən Fransa prezidenti vəziyyətin "ideal olmadığını" bildirib. Makron sonda bildirib ki, "Vladimir Putinlə tezliklə yenidən danışmaq faydalı olacaq".

Gülayə Mecid

Seçilən
53
27
unikal.az

10Mənbələr