AZ

Ruslar iki döyüş başlıqlı “Şahed” dronlarından istifadə etməyə başlayıblar

Rus hərbçiləri döyüş bölgəsində iki başlıqlı “Şahed” dronlarından istifadə etməyə başlayıblar. Onların ümumi çəkisi 100 kiloqramdır.

Herbiand.az bildirir ki, belə dronlardan birinin şəkillərini OSINT analitikləri Telegram-kanalda paylaşıblar.

Dron çox güman ki, Ukrayna qüvvələri tərəfindən vurulub.

“Ruslar “Geran-2-nin üzərində iki 50 kiloqramlıq BST-52 yüksək fuqas-yandırıcı döyüş başlığı quraşdırıblar”, - məlumatda deyilir.

Telegram kanalı qeyd edib ki, BST-52-nin diametri 300 mm, uzunluğu isə 394 mm-dir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
109
herbiand.az

1Mənbələr