Rus hərbçiləri döyüş bölgəsində iki başlıqlı “Şahed” dronlarından istifadə etməyə başlayıblar. Onların ümumi çəkisi 100 kiloqramdır.
Herbiand.az bildirir ki, belə dronlardan birinin şəkillərini OSINT analitikləri Telegram-kanalda paylaşıblar.
Dron çox güman ki, Ukrayna qüvvələri tərəfindən vurulub.
“Ruslar “Geran-2-nin üzərində iki 50 kiloqramlıq BST-52 yüksək fuqas-yandırıcı döyüş başlığı quraşdırıblar”, - məlumatda deyilir.
Telegram kanalı qeyd edib ki, BST-52-nin diametri 300 mm, uzunluğu isə 394 mm-dir.
Bəxtiyar CƏFƏRLİ