AZ

Qarabağ atları ərəb körfəzini fəth edib (FOTO)

Bakı.Trend:

Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” festivalı regionunən önəmli mədəni hadisələrindən biri kimi beynəlxalq auditoriyanındiqqətini cəlb edib. Festival ölkənin tarixi ənənələrini,təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən genişproqramı ilə seçilərək mədəniyyətlərarası dialoq üçün mühümplatforma rolunu oynayıb.

Trend xəbərverir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, bu mötəbər tədbirdə Azərbaycan nümayəndə heyətixüsusi proqramla çıxış edərək festivalın ən yaddaqalaniştirakçısına çevrilib. Təqdim olunan səhnə kompozisiyaları yüksəkpeşəkarlıq, dəqiqlik və estetik yanaşma ilə seçilərək tamaşaçılarınböyük marağına səbəb olub. Çıxışlar vahid bədii konsepsiya əsasındaqurulub, milli ruhu və səhnə mədəniyyətini dinamik formada əksetdirib.

Azərbaycan tərəfi festival çərçivəsində 8–13 dekabr tarixləriarasında hər gün iki dəfə səhnəyə çıxaraq proqramın ən intensiv vədavamlı təqdimatlarından birini həyata keçirib. Bu çıxışlarölkəmizin zəngin mədəni irsini, intizamlı hazırlıq səviyyəsini vəbeynəlxalq səhnədə layiqli təmsilçilik qabiliyyətini bir dahanümayiş etdirib.

Festival çərçivəsində Azərbaycan tərəfindən təqdim olunan səhnəproqramında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətininsüvarilər heyəti, orkestr və rəqs kollektivləri iştirak edib. Bukollektivlərin birgə və ahəngdar çıxışları tədbirin ümumikonsepsiyasına xüsusi dinamika qatmış, Azərbaycan mədəniyyətininintizam, ənənə və peşəkarlıq üzərində qurulan təqdimatınıbeynəlxalq auditoriyaya nümayiş etdirib. “Mara’ee 2025” ölkəmizinmədəni təmsilçiliyinin uğurla reallaşdırıldığı mühüm beynəlxalqplatformalardan biri olub.

Sonda Azərbaycan komandası Bəhreynlə ləyaqətlə vidalaşaraq, buölkənin mədəni yaddaşında dərin və xoş iz buraxıb, iki ölkəarasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.

Qarabağ
Qarabağ
Qarabağ
Qarabağ
Qarabağ
Məqalədə:
Seçilən
109
11
az.trend.az

10Mənbələr