AZ

Azərbaycan “Mara’ee 2025” festivalında xüsusi proqramla çıxış edib – FOTO

Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” festivalı regionun ən əhəmiyyətli mədəni hadisələrindən biri kimi beynəlxalq auditoriyanın böyük marağına səbəb olub.

Doğru.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildirildiyinə görə, festival çərçivəsində Azərbaycan nümayəndə heyəti xüsusi proqramla çıxış edərək tədbirin ən yaddaqalan iştirakçılarından birinə çevrilib. Təqdim olunan səhnə kompozisiyaları yüksək peşəkarlıq, dəqiqlik və estetik yanaşma ilə seçilib, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Çıxışlar vahid bədii konsepsiya əsasında hazırlanaraq milli ruhu, səhnə mədəniyyətini və dinamik təqdimat üslubunu özündə əks etdirib. Azərbaycan tərəfi dekabrın 8-dən 13-dək festival səhnəsində hər gün iki dəfə çıxış edərək proqramın ən intensiv və davamlı təqdimatlarından birini reallaşdırıb.

Festival çərçivəsində nümayiş etdirilən səhnə proqramında DSX-nin süvarilər heyəti, orkestr və rəqs kollektivləri iştirak edib. Kollektivlərin birgə və ahəngdar çıxışları tədbirə xüsusi dinamika qataraq, Azərbaycan mədəniyyətinin intizam, ənənə və peşəkarlıq üzərində qurulan təqdimatını beynəlxalq auditoriyaya nümayiş etdirib.

“Mara’ee 2025” festivalı Azərbaycan mədəniyyətinin uğurla təmsil olunduğu mühüm beynəlxalq platformalardan biri kimi yadda qalıb. Festivalın yekununda Azərbaycan nümayəndə heyəti Bəhreynlə ləyaqətlə vidalaşaraq iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.

DOĞRU.AZ

image-img-20251215-wa0061 image-img-20251215-wa0062 image-img-20251215-wa0063 image-img-20251215-wa0064 image-img-20251215-wa0065 image-img-20251215-wa0066 image-img-20251215-wa0067 image-img-20251215-wa0068 image-img-20251215-wa0069 image-img-20251215-wa0070

Seçilən
69
1
dogru.az

10Mənbələr