Qusar, 15 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusarda 4 nəfər dəm qazından zəhərlənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə dekabrın 15-i gecə saatlarında rayonun Üzdənoba kəndində qeydə alınıb. Bir ailənin üzvü olan 4 nəfər qaz sobası ilə qızdırılan evdə dəm qazından zəhərləniblər.
Ev sahibi Faiz Sadikov, onun həyat yoldaşı Zalina Sadikova, 7 və 5 yaşlarında iki azyaşlı övladları Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra vəziyyətləri yaxşı olduğu üçün ailənin 4 üzvü də evə buraxılıb.