AZ

Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Qusar rayonunun Üzdənoba kəndində dəm qazından zəhərlənmə baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bir ailənin üzvü olan 4 nəfər qaz sobası ilə qızdırılan evdə dəm qazından zəhərlənib.

Ev sahibi Faiz Sadikov, onun həyat yoldaşı Zalina Sadikova və iki azyaşlı övladları Qusar Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Onlara müvafiq tibbi yardım göstərilib, evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
11
redaktor.az

10Mənbələr