Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.
Nəriman Həsənzadə bu həftə xəstəxanadan evə buraxılacaq.Bakupost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə onun köməkçisi Arif Mehmandost məlumatı verib.O bildirib ki, Xalq şairinin müalicəsi davam edir:“Şükür, indi vəziyyəti yaxşıdır. Müalicəsi palata şəraitində davam edir. Ailə üzvləri həkimlə danışıqlar aparır. Nəticə yaxşı olarsa, bu həftə ərzində evə buraxılacaq”.Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar bir müddət əvvəl xəstəxanaya yerləşdirilib. O, dekabrın 2-də müalicə olunduğu Mərkəzi Klinikada reanimasiya şöbəsində dializə qoşulub. Dekabrın 12-də isə reanimasiyadan palataya köçürülüb. Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.