Nəriman Həsənzadə bu həftə xəstəxanadan evə buraxılacaq.
Bu barədə məlumatı “Yeni Sabah”a onun köməkçisi Arif Mehmandost verib.
O bildirib ki, Xalq şairinin müalicəsi davam edir:
“Şükür, indi vəziyyəti yaxşıdır. Müalicəsi palata şəraitində davam edir. Ailə üzvləri həkimlə danışıqlar aparır. Nəticə yaxşı olarsa, bu həftə ərzində evə buraxılacaq”.
Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar bir müddət əvvəl xəstəxanaya yerləşdirilib. O, dekabrın 2-də müalicə olunduğu Mərkəzi Klinikada reanimasiya şöbəsində dializə qoşulub. Dekabrın 12-də isə reanimasiyadan palataya köçürülüb.
Aydan Hacı
Telegram kanalımız