AZ

Uzunqulağın səbəb olduğu zəncirvari qəza ilə bağlı sürücü danışdı: "Bakıdan toydan qayıdırdım"

Goranboyda zəncirvari qəza baş verib.

Far.Az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, magistralda hərəkətdə olan minik avtomobillərindən biri qarşısına çıxan uzunqulağı vurub. Daha sonra uzunqulaq digər avtomobilin önünə çıxıb. Zəncirvari qəza zamanı 4 avtomobil toqquşub.

"Bakıdan toydan qayıdırdım. Qarşımdakı avtomobil qəfil dayandı. Uzunqulağın qanı yola töküldüyü üçün maşını saxlaya bilmədim, sürüşərək önümdəki avtomobilə dəydim", - deyə sürücü Zahid Bayramov bildirib.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin videomaterialında:

Seçilən
122
2
far.az

3Mənbələr