AZ

Uzunqulağın səbəb olduğu zəncirvari qəza ilə bağlı sürücü danışdı: "Bakıdan toydan qayıdırdım"

Goranboyda zəncirvari qəza baş verib.
 
Hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Məlumata görə, magistralda hərəkətdə olan minik avtomobillərindən biri qarşısına çıxan uzunqulağı vurub. Daha sonra uzunqulaq digər avtomobilin önünə çıxıb. Zəncirvari qəza zamanı 4 avtomobil toqquşub.
 
"Bakıdan toydan qayıdırdım. Qarşımdakı avtomobil qəfil dayandı. Uzunqulağın qanı yola töküldüyü üçün maşını saxlaya bilmədim, sürüşərək önümdəki avtomobilə dəydim", - deyə sürücü Zahid Bayramov bildirib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Daha ətraflı Baku TV-nin videomaterialında:

 

Seçilən
28
2
moderator.az

3Mənbələr