AZ

Biləsuvarda təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub - YENİLƏNİB

Biləsuvarda
Biləsuvar sakini boğularaq öldürülüb, bəzi təfərrüatlar məlum olub. 1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bir müddət öncə beyindaxili təzyiqdən öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın qətlə yetirildiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onun boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və gəlinin qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 09:44 Biləsuvarda ölən qadının sonradan qətl olduğu məlum olub. 1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
Belə ki, ilkin informasiyaya görə bir ay öncə kənd sakini 1953-ci il təvəllüdlü Almaz Cəfərova vəfat edib. Bu zaman onun qan təzyiqindən ölməsini biliblər. Dünən ortaya çıxan kamera görüntülərindən onun gəlini tərəfindən boğulduğu aşkarlanıb.

Faktla bağlı Biləsuvar Rayon Prrokurorluğunda araşdırma başlanılıb.

Seçilən
13
16
1news.az

10Mənbələr