Bakı. Trend:
Cari ilin yanvar–oktyabr aylarında Azərbaycandan Bolqarıstana576,8 milyon ABŞ dolları dəyərində 1,589 milyard kubmetr təbii qazixrac edilib.
Trend bu barədəAzərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə göstəricidəyər ifadəsində 79,1 milyon ABŞ dolları və ya 16 faiz artıb, həcmbaxımından isə 37 milyon kubmetr və ya 2,4 faiz çoxalıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–oktyabraylarında Azərbaycandan Bolqarıstana 1,552 milyard kubmetr təbiiqaz ixrac edilib və bu ixracın ümumi dəyəri 497,1 milyon ABŞdolları olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarındaAzərbaycandan ölkə xaricinə ümumilikdə 20,649 milyard kubmetr təbiiqaz ixrac edilib. İxracın ümumi dəyəri 7,418 milyard ABŞ dollarıtəşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, dəyərifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3 faiz artım deməkdir,həcm baxımından isə ixrac 690,003 milyon kubmetr və ya 3,2 faizazalıb.
Eyni zamanda, cari ilin ilk 10 ayında Azərbaycana 39,151 milyonABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxaledilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində 40,2 milyon ABŞ dolları və ya iki dəfə, həcm ifadəsindəisə 243,6 milyon kubmetr və ya 49,1 faiz azdır.