AZ

Lukaşenko Tramp və xanımına xüsusi HƏDİYYƏ GÖNDƏRDİ

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampa ikon, həyat yoldaşı Melaniyaya isə zərgərlik əşyası hədiyyə edib.

Publika.az "Belarus 1" telekanalına istinadla xəbər verir ki, bu barədə Belarus Prezident özü məlumat verib.

Hədiyyələr 12-13 dekabr tarixlərində qapalı qapılar arxasında keçirilən danışıqlardan sonra ABŞ-ın Belarus üzrə xüsusi elçisi Con Kol vasitəsilə çatdırılıb.

Kanal izah edib ki, Lukaşenko ABŞ-ın birinci xanımı üçün Belarus motivləri olan zərif bir zərgərlik əşyası və Amerika lideri üçün Müqəddəs Nikolaya həsr olunmuş xüsusi dəyərli xristian ikonasını hazırladıb.

Televiziya reportajında ​​həmçinin Belarus Prezidentinin Kola bir neçə hədiyyə qutusu verərək kimə veriləcəyini izah etdiyi də göstərilib. Lukaşenko həmçinin amerikalılara adlarını qeyd etmədən içkilər almağı tapşırıb.

Seçilən
89
3
publika.az

4Mənbələr