AZ

“Mançester Siti” “Kristal Pelas”ı darmadağın etdi

İngiltərə Premyer Liqasının XVI turu çərçivəsində “Kristal Pelas” və “Mançester Siti” arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Londonun “Selhurst Park” stadionunda baş tutan qarşılaşmada qonaqlar 3:0 hesablı qələbə qazanıblar. 

Hesabı 41-ci dəqiqədə norveçli hücumçu Erlinq Holand açıb. 69-cu dəqiqədə ingilis yarımmüdafiəçi Fil Foden “şəhərlilər”in üstünlüyünü iki topa çatdırıb. 89-cu dəqiqədə Holand penaltidən fərqlənərək dubla imza atıb.

Bu qələbə “Mançester Siti”nin xallarının sayını 34-ə yüksəldib. Eyni sayda oyun keçirən lider “Arsenal”dan geri qalma iki xal təşkil edir. “Kristal Pelas” isə 16 oyundan sonra 26 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Seçilən
108
90deqiqe.az

1Mənbələr