İngiltərə Premyer Liqasının XVI turu çərçivəsində “Kristal Pelas” və “Mançester Siti” arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az xəbər verir ki, Londonun “Selhurst Park” stadionunda baş tutan qarşılaşmada qonaqlar 3:0 hesablı qələbə qazanıblar.
Hesabı 41-ci dəqiqədə norveçli hücumçu Erlinq Holand açıb. 69-cu dəqiqədə ingilis yarımmüdafiəçi Fil Foden “şəhərlilər”in üstünlüyünü iki topa çatdırıb. 89-cu dəqiqədə Holand penaltidən fərqlənərək dubla imza atıb.
Bu qələbə “Mançester Siti”nin xallarının sayını 34-ə yüksəldib. Eyni sayda oyun keçirən lider “Arsenal”dan geri qalma iki xal təşkil edir. “Kristal Pelas” isə 16 oyundan sonra 26 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.