AZ

Dünya çempionu olan Azərbaycan boksçusu: Növbəti hədəfim olimpiya çempionu olmaqdır

BAKI, 14 dekabr. TELEQRAF

“Yaxşı hazırlaşdıq. İnanırdım ki, qızıl medal qazanacağam. Bu yarışa dünya çempionu olmaq üçün getmişdim. Şükür, elə də oldu”.

Bu sözləri Teleqraf-a açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) deyib.

Bu gün vətənə dönən 19 yaşlı idmançı turnirlə bağlı təəssüratlarını bölüşüb: “Beş döyüş keçirdim. Finalda erməni əsilli rus rəqibinə qalib gələrək dünya çempionu oldum. Noyabrda Avropa çempionatında getdim. Ayın 30-da oradan qayıdaraq 12 saat sonra dərhal dünya çempionatına yollandım. Düzdür, çətin oldu. Amma çempionluğu hədəfləyirdik. Bundan sonrakı hədəfim 2028-ci ildə olimpiya çempionu olmaqdır. Hazırlıqlar buna uyğun gedəcək”.

Seçilən
60
1
teleqraf.com

2Mənbələr