AZ

"Zirə" "Şamaxı"ya məğlub olub

Misli Premyer Liqasında XV tura start verilib.

“İki sahil” xəbər verir ki, günün ilk oyununda "Şamaxı" doğma meydanda "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. Qonaqların heyətində Georgi Papunaşvili 8-ci dəqiqədə hesabı açıb. Bölgə təmsilçisinin qollarını isə 54-cü dəqiqədə Alfons Msanqa və 61-ci dəqiqədə penaltidən Karim Rossi vurublar. "Şamaxı" 20 xalla 7-ci, "Zirə" isə 27 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, XV tura dekabrın 15-də yekun vurulacaq.

Seçilən
52
10
ikisahil.az

10Mənbələr