AZ

İmamoğlu bu tarixdə hakim qarşısına çıxarılacaq

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılan sabiq mer Ekrem İmamoğlunun məhkəmə prosesi ilə bağlı tarix açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, o, gələn ilin 9 mart tarixində hakim qarşısına çıxacaq.

Məlumata görə, istintaq çərçivəsində həbsdə olan 105 nəfər də daxil olmaqla, ümumilikdə 407 təqsirləndirilən şəxs eyni gündə məhkəməyə çıxarılacaq.

Xatırladaq ki, İBB ilə bağlı aparılan araşdırma əsasında hazırlanan ittiham aktı noyabrın 25-də məhkəmə tərəfindən qəbul edilib./Qafqazinfo


Telegram kanalımız
Seçilən
77
2
yenisabah.az

3Mənbələr